İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri (VİDEO)
Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə ÇAĞIRILDI
Rusiyada OMON-çuların işgəncə verdiyi azərbaycanlı: "Ukrayna müharibəsinə göndərmək istəyirdilər"
XİN: İranın səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı təhrifəri təəccüb və qəzəb doğurur
Şəhid Kəşfiyyatçı Məsimov Əkbər Yunis oğlu – “Qəhrəman, igid, cəsur şəhidimiz. Ailəsinin qüruru, xalqın fəxri”
Xronika: "Paşinyanın İstanbul səfərinin pərdəarxası – Ermənistan "Turan"a qoşulur"
Cənubi Koreya Prezidenti BMT-də Rusiya-KXDR əməkdaşlığı məsələsini qaldıracaq
Cənubi Koreya lideri Yun Sok Yol BMT Baş Assambleyasında Rusiya və KXDR arasında əməkdaşlıq məsələsini dünya liderləri qarşısında qaldırmağı planlaşdırır.
Bu barədə “Report” AP-yə istinadən xəbər verir.
Cənubi Koreyanın dövlət başçısı hesab edir ki, Rusiya və Şimali Koreya arasında dərinləşən hərbi əməkdaşlığın öhdəsindən gəlmək üçün beynəlxalq ictimaiyyət daha sıx şəkildə bir araya gəlməlidir.
"Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlıq BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və müxtəlif beynəlxalq sanksiyalara zidd olduğu üçün qeyri-qanuni və ədalətsizdir", - Yun Sok Yol deyib.
Qeyd edilir ki, Pxenyan Cənubi Koreya və ABŞ-a yönəlmiş silah sistemlərini modernləşdirmək üçün iqtisadi yardım və texnologiya müqabilində Moskvanın Ukraynaya hücumu zamanı tükənmiş sursat ehtiyatını artıra bilər.
Cənubi Koreya Prezidenti BMT Baş Assambleyasında çıxışında Rusiya-Şimali Koreya addımlarına verdiyi qiymətdən danışacaq. O əlavə edib ki, ABŞ, Yaponiya və digər tərəfdaşlarla əks tədbirləri müzakirə edir.
“Bizim ölkələrmiz (Cənubi Koreya və ABŞ) Şimali Koreyanın istənilən nüvə hücumuna rejimin sona çatmasına gətirib çıxaracaq sürətli, böyük və qətiyyətli cavab veriləcəyini bir daha təsdiqlədi”, - Cənubi Koreya lideri bildirib.