Xəbər Lenti
7-07-2026, 20:01
Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
7-07-2026, 12:56
Elmə və təhsilə həsr olunan mənalı ömür – El ağsaqqalı Soltanağa Cəfərovun 76 illik yubileyi münasibətilə təbrik
6-07-2026, 18:54
Qəhrəmanın gündəliyi..Azərbaycanın qəhrəman oğlu, XTQin baş giziri Şərafəddin Sərdar oğlu Xankişiyev (Kod adı: Xanış) danışır...
6-07-2026, 09:53
“Azər Türk Bank” istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
21 Eyl 04:56Dünya
Mərakeş zəlzələdən sonra bərpa işlərinə 11 milyard dollardan çox vəsait xərcləyəcək
Mərakeş hakimiyyəti dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırmaq üçün 11 milyard dollardan çox vəsait xərcləməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı kral sarayının ofisinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, təbii fəlakətin ziyan vurduğu ərazilərin bərpası proqramının həyata keçirilməsi 120 milyard dirhəmə (təxminən 11,69 milyard ABŞ dolları-red) başa gələcək.
Xatırladaq ki, sentyabrın 8-də ölkədə 7 maqnitudada zəlzələ baş verib. Krallığın Daxili İşlər Nazirliyinin son məlumatına görə, təbii fəlakət qurbanlarının sayı 2 900 nəfəri keçib, 5 600-dən çox insan xəsarət alıb.






















































