Xəbər Lenti
18-08-2025, 14:42
Azərbaycanda keçirilən “Beat the Heat Vol. IV” yay universiteti layihəsi uğurla yekunlaşıb
16-08-2025, 10:15
Alyaskanın ev sahibi Putin, iki böyük qələbə qazanan Putin, razı qalan Tramp… – Beynəlxalq media icmalı
22 Eyl 17:04Dünya
Baxmut işğaldan azad olunur - Zelenski müjdələdi
"Baxmutu işğaldan azad edirik. Düşünürəm ki, biz daha 2 şəhəri işğalçılardan azad edəcəyik".
Bunu Ukrayna prezidenti Volodimir Zelenski CNN-ə deyib.
Dövlət başçısı bunların hansı şəhərlər olacağını deməyəcəyini vurğulayıb.
"Hansı şəhərləri azad edəcəyimizi deməyəcəyəm, üzrlü sayın. Deməliyəm ki, planımız var. Çox, çox detallı bir plan", - o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.