Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
ABŞ-nin Baş Qərargah rəisi Trampın “ölüm cəzası” bəyanatlarına cavab verib
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli sabiq prezident Donald Trampın ona ünvanlanan sərt tənqidləri fonunda təhlükəsizliyini təmin etmək üçün “müvafiq tədbirlər” görəcək.
“Report” xəbər verir ki, bu barədə general keçmiş dövlət başçısının tənqidini şərh edərkən CBS-in efirində bildirib.
“Öz təhlükəsizliyim və ailəmin təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görəcəyəm”, - yüksəkrütbəli hərbçi açıqlayıb.
Qeyd edək ki, Mark Milli cari vəzifəsinə Trampın dövründə təyin olunub. “Washington Post”un məlumatına görə, Trampın prezidentliyinin son aylarında general özəl qaydada çinli həmkarı Li Szoçenlə təmasa girib və onu ABŞ-nin Çinə hücum etmək niyyəti olmadığına əmin edib. Belə ki, Vaşinqtonun belə bir niyyəti olsaydı, Milli xəbərdarlıq edərdi.
General Pekinin ABŞ-nin Çinə hücum etməyə hazırlaşdığına və buna görə də birinci hücum edə biləcəyinə inandığı kəşfiyyat məlumatlarına istinad edib. Bundan sonra Milli ABŞ-nin Hind-Sakit Okean regionunda hərbi təlimlərinin vaxtını dəyişdirib və yüksəkrütbəli zabitlərdən Trampın nüvə zərbəsi əmri verəcəyi təqdirdə bunun Millinin razılığı olmadan baş verməyəcəyinə and içmələrini istəyib. Həmin dönəm general Trampın vəziyyətini psixi pozğunluq kimi qiymətləndirib.
General əlavə edib ki, Çinə edilən çağırışlarda xainlik və ya yersiz heç nə yoxdur və o, 44 illik hərbi qulluqçu kimi ABŞ Konstitusiyasından heç vaxt üz döndərməyəcək.
O, sentyabrın sonunda təqaüdə çıxacaq. Bunu şərh edən Tramp “Washington Post”un məlumatını xatırladıb və Millinin “ABŞ Prezidentinin düşüncəsini təsvir etməsindən” qəzəblənib.
“Bu, o qədər biabırçı bir hərəkətdir ki, köhnə günlərdə cəzası ÖLÜM olardı! Bu xain hərəkət Çin və ABŞ arasında müharibə ilə sonuclana bilərdi”, - keçmiş prezident sosial şəbəkədə qeyd edib. Trampın bu cür mövqeyi onun Konqresdəki bəzi tərəfdarları tərəfindən dəstəklənib.























































