Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

08 Eyl 09:14Siyasət

"Bu, İrəvanın Moskva ilə münasibətlərinə ciddi ziyan vurur" - Zaxarova

"Bu, İrəvanın Moskva ilə münasibətlərinə ciddi ziyan vurur" - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya-Ermənistan forumunun iştirakçılarını salamlayarkən bildirib ki, Moskva Rusiya Federasiyası ilə Ermənistan arasında düşmənçiliyi qızışdırmaq cəhdlərini qəbuledilməz hesab edir.
REN TV xəbər verir ki, o, həmçinin “Sputnik Ermənistan”ın köşə yazarı Aşot Gevorkyan və bloger Mikael Badalyanın saxlanmasını ölkələr arasında münasibətləri qaralmağa yönəlmiş təxribat adlandırıb.
Bundan əlavə, Zaxarova Ermənistanda Rusiyanı gözdən salmaq, həmçinin KTMT və Aİİ-yə "ləkələmək" gündəliyi ilə çıxış edən qərbyönlü media strukturlarının artmasına diqqət çəkib.  Diplomat qeyd edib ki, Ermənistanın qanunu pozmayan rus fiqurlarını ölkəyə buraxmaqdan imtina etməsi  İrəvanın Moskva ilə münasibətlərinə ciddi ziyan vurur.