“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
Azad edilən ərazilərə köçürülən sakinlərin tibbi müayinəsi ilə bağlı MÜHÜM XƏBƏR

Qarabağ və Şərqi Zəngəzurda digər zəruri həyat sahələri ilə yanaşı, eyni zamanda, tibb xidmətlərinin təşkili sahəsində də intensiv işlər həyata keçirilir. TƏBİB digər səhiyyə qurumları ilə birlikdə bu ərazilərdə tibbi xidmətlərin təminini reallaşdırır.
Bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova jurnalistlərə müsahibəsində bildirib.
O deyib ki, hazırda Qarabağda məskunlaşan, o cümlədən quruculuq işləri aparan şəxslərə tibbi xidmət göstərilir.
"Azad edilmiş ərazilərə köçürülən əhalinin tibbi müayinələrinin aparılması intensiv olaraq davam etdirilir. Həmin müayinələr onların mövcud xəstəlikləri varsa, erkən müayinə olunması və zəruri yardım göstərilməsinə hədəflənib. İndiyə kimi Ağalıya, Laçına, Füzuliyə köçürülən sakinlərin tibbi müayinəsini təşkil etmişik və bu, davamlı olaraq aparılacaq.
Qeyd edək ki, Şuşa modul tipli xəstəxanası uğurlu formada fəaliyyətini davam etdirir. Eyni zamanda, Laçında, Hadrutda, Ağalıda bizim ailə sağlamliq mərkəzlərimiz fəaliyyət göstərir. Həmin sağlamlıq mərkəzləri peşəkar həkim, tibb personalı, o cümlədən tibbi avadanlıq və cihaz baxımından ən müasir formada təsis olunub", - deyə Z.Ədilova bildirib.






















































