Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

21 Şub 02:45Dünya

Türkiyədə zəlzələdən zərər çəkmiş 1286 uşaq ailələrinə təhvil verilib

Türkiyədə baş vermiş təbii fəlakətdən sonra dağıntılar altından çıxarılan 1838 kimsəsiz uşaq qeydiyyata alınıb, 1286 uşaq isə müraciət edənlərin şəxsiyyəti yoxlanılaraq ailələrinə təhvil verilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb.

Nazirliyin sosial media hesabında deyilir: “Müraciət edənlərin şəxsiyyəti yoxlanıldıqdan sonra 1286 uşaq ailələrinə təhvil verilib, 85 uşaq müalicə olunduqdan sonra nazirlik tərəfindən himayəyə götürülüb və 467 övladımızın xəstəxanalarda davam edən müalicə prosesi hazırda nəzarətdə saxlanılır. Şəxsiyyəti hələlik məlum olmayan 213 uşağımız var”.