Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
17 Eyl 07:17Manşet / İqtisadiyyat
Artıq ən varlı ikinci adam deyil
“Amazon”un qurucusu Ceff Bezos planetin ən varlı insanları siyahısında bir pillə geriləyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Forbes” jurnalının yeni reytinq cədvəlində bildirilib.
“Oracle” korporasiyasının rəhbəri Larri Ellison 206,5 milyard dollar sərvəti ilə Bezosu (202,9 dollar) qabaqlayaraq siyahıda ikinci yeri tutub. Beləliklə, Bezos üçüncü yerdə qərarlaşıb.
Qeyd olunub ki, Ellisonun sərvəti bir gündə 8,8 milyard dollar artıb.
Siyahıda “SpaceX” və “Tesla” şirkətlərinin sahibi, amerikalı iş adamı İlon Mask lider olaraq qalır. “Forbes” onun sərvətini 250,8 milyard dollar qiymətləndirir.






















































