Xəbər Lenti
Bugün, 07:52
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Dün, 18:29
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
13-11-2026, 07:17
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
12-11-2026, 15:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Daha bir qlobal epidemiya riski - ÜST-dən xəbərdarlıq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ruandada xəstəliyin ilk halları qeydə alındıqdan sonra yeni Marburq virusu epidemiyası təhlükəsi barədə məlumat yayıb.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, hazırkı məlumata görə, yoluxmaların əksəriyyəti Ruandanın paytaxtı Kiqalidəki iki səhiyyə müəssisəsinin tibb işçiləri arasında qeydə alınıb.
ÜST-ə görə, epidemiya riski regional səviyyədə çox yüksək, lakin qlobal səviyyədə aşağıdır.
Hazırda 27-dən çox yoluxma və 9 ölüm hadisəsi qeydə alınıb. Marburq virusu infeksiyası 88% halda ölümlə nəticələnir.
Hazırda Marburq virusu üçün peyvənd yoxdur. ÜST Ruanda ilə sərhəddə epidemioloji nəzarət üçün əlavə tədbirlər görməyi tələb edib.























































