Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
Rusiya XİN: “Postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməlidir”
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Salam verəndə də siqnal, söyüş söyəndə də: Yolların həsrət qaldığı sürücü mədəniyyəti
Botanika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “DÜNYAMIZI YAŞILLAŞDIRAQ” mövzusunda konfrans keçirilib
Ucar sakini qəzadan üç gün sonra ölüb
Ucar rayon sakini qəzadan üç gün sonra ölüb.
APA-nın xəbərinə görə, Ucar-Zərdab avtomobil yolunda qəzaya düşən Ucar sakini, 1956-cı il təvəllüdlü Solmaz Xudayeva müalicə olunduğu Göyçay Mərkəzi Rayon Xəstəxanasında ölüb.
Qeyd edək ki, üç gün öncə Ucar-Zərdab yolunun Ucar rayonunun Lək kəndindən keçən hissəsində Rəşad Lətofovun İdarə etdiyi “Mercedes-Benz” və Cəlal Cəfərovun idarə etdiyi “Toyota Corolla” markalı minik avtomobilləri Sərvan Ağayevin əsas yola çıxmaq məqsədi ilə kənd yolunda saxladığı “ Mercedes-Benz” markalı minik avtomobilinə çırpılıb.
Nəticədə 10 nəfər xəsarət alıb. Onlardan dörd nəfər Zərdab, altı nəfər isə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Ağır xəsarət alan Solmaz Xudayeva Ucar Mərkəzi Rayon Xəstəxanasında zəruri tibbi yardımlar göstərildikdən sonra müalicəsini davam etdirmək məqsədi ilə Göyçay xəstəxanasına göndərilmişdi.