Menu
Xəbər Lenti
Bu gün imtahan var
Bugün, 09:18

Bu gün imtahan var

FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

27 May 01:14Manşet / Hadisə

Göyçay çayında sel sularının dağıtdığı bənd bərpa edilib

Göyçay çayında sel sularının dağıtdığı bənd bərpa edilib

Son günlər havaların yağmurlu keçməsi səbəbindən Göyçay çayında suyun səviyyəsi ötən gün səhər saatlarından xeyli artıb. Nəticədə Ucar rayonunun Lək kəndindən keçən hissəsində çay məcrasından çıxıb.

Sel kənd istiqamətində bəndi yarıb. Təhlükənin ciddiliyi nəzərə alınaraq hadisə yerinə Ucar Rayon Suvarma Sistemləri İdarəsinin Sabirabad və Zərdab rayonlarının müvafiq qurumlarının canlı qüvvəsi və onlarla texnikası cəlb olunub, yarılan bənd bərpa edilib.

Təhlükəli olan ərazilərdə bənd-bərkitmə işləri davam etdirilir. Hazırda körpülərə yığılıb qalan palçıq qatı Ucar Suvarma Sistemləri İdarəsinin texnikaları vasitəsi ilə təmizlənir və çayın sahilinə nəzarət gücləndirilib.

Uçqunun qarşısı vaxtında alındığından kənd sakinlərinin əkin sahələrinə, fərdi yaşayış evlərinə ziyan dəyməyib.