“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
TANRININ MÜKAFATI
On altı dekabr 2023 -cü il tarixində Bakı şəhərindəki "Badi Səba"şadlıq sarayında qiraət aləmində " Balsəs" kimi tanınan , yazıçı, şair, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, "Qızıl Qələm" ali media mükafatıç laureatı Arzu Heydərovanın (Balsəs) "Sözdən gözəllik yaradan dostlarım" kitabının təqdimat mərasimi oldu . Tədbirdə şairlər və yazıçılar, şəhid valideynləri, tanınmış ictimai xadimlər iştirak edirdilər
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə ayrı-ayrı natiqlər çıxış edərək kitabın məziyyətlərindən söz açıb, Arzu Heydərovaya yeni yaradıcılıq uğurları dilədilər .A.Heydərova da öz növbəsində çıxışında onun sənətinə dəyər verən qələm dostlarına, tədbir iştirakçılarına təşəkkürünü çatdırdl
Qeyd edim ki , 328 səhifəlik "Sözdən gözəllik yaradan dostlarım" kitabında 79 müəllifin Arzu Heydərovaya həsr olunmuş şeir, məqalə və rəyləri yer alıb. Kitabı redaktoru şair-publisist, AYB-nin üzvü Əhməd Haqsevərdir. Həmin kitabda mənim də Arzu Balsəs ilə bağlı qələmə aldığım " Tanrının mükafatı " başlıqlı yazım dərc olunub. Ümid edirəm ki, Arzu Balsəsi tanımaq istəyən oxucum ücün bu yazım maraqlı olar.
Adi günlərdən biri idi. Lənkəran Şəhər Dram Teatrının binasının qarşısındakı məkanların birində dəyərli ağsaqqal şairimiz, Azərbaycan ədəbi mühitində özünəməxsus dəst-xətti olan Əhməd Haqsevərlə birlikdə oturub yaradıcılıq məsələlərindən söhbət açır, müzakirələr aparırdıq. Belə görüşlərimiz tez-tez olurdu, ustad şairimizlə görüşüb onun dəyərli məsləhətlərindən faydalanırdım. Elə həmin gün də bir məsələ ilə bağlı məsləhətə ehtiyac duyduğum üçün ustad şairi həmişə görüşüb söhbət etdiyimiz məkana dəvət etmişdim. Cənub bölgəsinin ədəbi mühitinin mövcud durumunun müzakirəsi zamanı ona bildirdim ki, məzunu olduğum təhsil ocağının direktoru, uzun illər məktəbimizdə Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris etmiş sevimli müəllimim haqqında yazdıqlarımı redaktə etmək üçün peşəkar bir redaktora ehtiyacım var. O, inamlı şəkildə mənə Arzu Balsəs Heydərova ilə işləməyi məsləhət gördü. Sözün doğrusu mən yazdıqlarımın bir hissəsini sınaq ücün bir necə redaktora göstərmişdim. Lakin onların mətn üzərində etdikləri redaktə işi məni qane etməmişdi. Arzu xanımı tanımadığım üçün Əhməd Haqsevər Arzu Balsəs xanımla əlaqə saxlayıb ondan mənim kitabımı redaktə etməsini xahiş etdi. O da birmənalı olaraq bildirdi: Əhməd müəllim, əgər siz həmin şəxsin qələmə aldıqlarını bəyənirsinizsə, təbii ki, mənim ücün də maraqlı olar.
Vaxt itirmədən yazdıqlarımın bir hissəsini elə həmin gün ona göndərdim. Arzu Balsəs göndərdiyim yazıları redaktə edib votsapp vasitəsilə mənə yolladığı zaman onun redaktəsi ilə ərsəyə gəlmiş yazılarımı oxuduqca, heyrət icində donub qaldım. Çünki həqiqətən də yazılar cox güclü və peşəkarcasına redaktə olunmuşdu. Arzu xanımla telefon əlaqəsi saxladığım zaman isə məni heyrətə gətirən daha bir nüans oldu. Sanki ovsunlanmışdım. Düzü media nümayəndəsi olduğum üçün çox sayda ziyalı xanımlarla telefon əlaqələrim olur. Lakin o anadək belə bəlağətli, fəsahətli, insanı valeh edən ecazkar bir səs eşitməmişdim. O, mənimlə cox səmimi və mehriban danışırdı və həmin gündən bəri özümdən asılı olmayaraq yaddaşıma ən doğma və əziz bir şəxs kimi həkk olundu. Artıq məndə böyük bir maraq oyanmışdı ki, Tanrının ona əta etdiyi bu misilsiz səsin sahibi olan Arzu Balsəs görəsən hansi bölgənin saf və şəffaf bulağının suyunu içib ki, belə ecazkar bir səsə malikdir? Sonradan mənə məlum oldu ki, o, əslən mənim də ana Vətənim olan Lerik rayonundandır. Bu fakt onu mənə daha da doğmalaşdırdı.
Artıq bizi bir-birimizə bacı-qardaş telləri bağlayır. Əziz bacımın qəlbləri isindirən məlahətli və valehedici səsi ruhumun qidası olub. Onun qiraət etdiyi şeirlərə qulaq asdıqca, xos və həzin səsini dinlədikcə təskinlik tapıram. Cəmiyyətimiz ücün dəyərli və önəmli olan bu ziyalı xanımın məlahətli səsi ilə, sosial şəbəkələr vasitəsilə yayımlanan hər bir şeir ruhumuzun qidasıdır. Bu, nə uydurma, nə də mübaliğə deyil, reallıqdır, təkcə mənim deyil, onun səsləndirdiyi şeirlərə qulaq asan, onu tanıyan böyük sayda dinləyici kütləsinin fikridir.
Arzu Balsəsin həyat və yaradıcılığına nəzər yetirdikdə görürük ki, o, əsl Azərbaycan xanımına xas olan bütün milli-mənəvi dəyərləri özündə birləşdirən bir xanım olmaqla yanaşı, həm də cəmiyyətimiz ücün örnək olan analardan biridir. Deyirlər "Ailə kiçik bir dövlətdir". Ailədə mövqe qazana bilsən, cəmiyyətdə də mövqe qazana bilərsən. O, həyat yoldaşına bir qadın sevgisini, övladlarına isə ana sevgisini yetərincə verə bildiyi ücün çox xoşbəxtdir. Çünki onun ailəsinin sevgi təməli onların bir-birinə hörmət və ehtiramı üzərində qurulub. Həyatda təməli bu cür qurulan ailələr bir çox çətinliklərə layiqincə davam gətirirlər. Daha da mətinləşir, mübarizləşir və möhkəmlənirlər. Sevindirici haldır ki, onun həyat yoldaşı da ali təhsilli ziyalıdır, övladları da yüksək ixtisaslar üzrə ali təhsil alıblar. Arzu Balsəs əxlaqi dəyərlər baxımından namuslu, ismətli, iffətli bir anadır. Onun çox böyük və geniş qəlbi sevgi ilə zəngindir. Onu cəmiyyətdə tanıdan, sevdirən və ona şöhrət gətirən də, məhz bu tükənməyən sevgisi olub. Şeyx Nizami dediyi kimi:
Esqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?
Bəli, Arzu Balsəs ədəbi mühitimizdə yeganə xanımlardandır ki, öz eşqi ilə Tanrının məqamına qədər yüksəlib, Tanrının seçilmiş və bəyənilmiş bəndəsidir. Sözsüz ki, Uca Tanrı elmi, yüksək şüur və düşüncəni seçilmiş və bəyənilmiş bəndələrinə əta edir. Yüksək təfəkkürə, dərin düşüncəyə və geniş zəkaya malik olan Arzu Balsəsin istər nəsrlə, istər nəzmlə qələmə aldığı əsərlərdə dərin və coxşaxəli bir eşq tərənnüm olunur. Bu eşqi yaşamaq və duymaq isə hər bir insana nəsib olmur. Sənətinin vurğunu olan Arzu Balsəsin esqi onu hər kəsə nəsib olmayan kamillik zirvəsinə qədər ucaldıb. Buna görə də Arzu Balsəs sevgi ilə yaşayan və cəmiyyət tərəfindən ehtiram göstərilən, sevilən bir xanımdır. O, xalqın taleyüklü məsələlərini ciynində, qəlbində, yazılarında daşımağı bacaran bir ziyalıdır, Azərbaycan ədəbi mühitində xidmətləri misilsizdir. Həyatı və ədəbi yaradıcılığı barədə cild-cild kitablar yazılsa belə, yenə də azlıq edər. Həm şairə, həm yazıçı, həm də peşəkar və təcrübəli redaktor olan Arzu xanımın fəaliyyəti bunlarla bitmir. O, həm də ədəbi məclislərin aparıcısı və təşkilatçısıdır.
Arzu xanımın onu tanıyanların qəlblərini fəth edən bir fateh olması danılmazdır. Bütün bunları o, onu tanıyan, dəyər verən hər bir şəxsə qarşı olan səmimiliyi, mehribanlığı, diqqəti və qayğıkeşliyi sayəsində qazanıb. O, çox pozitiv enerjiyə malikdir. İnsan necə gərgin anlar yaşasa belə, onu dinlədiyi an təskinlik tapır. Ruhu mənən qidalanır. Bu səbəbdən ona qələm dostları tərəfindən Balsəs təxəllüsü verilib. Həqiqətən də səsində, qiraətində bal kimi şirinlik var.
Ömrünü şam kimi əridərək yorulmadan Azərbaycan ədəbiyyatina böyük töhfələr verən Arzu Balsəs həm cəmiyyət tərəfindən, həm də onu tanıyanlar, sevənlər tərəfindən layiqincə dəyərləndirilib. Onun haqqında yazılmış məqalələrə, onu vəsf edən şeirlərə nəzər yetirdikdə görürük ki, çoxlarının qəlbində ona qarşı bitməyən və tükənməyən bir sevgi vardır.
Bir çox şair və yazarların həyatında çıraqtək yanan və onların ədəbi mühitimizdə parlamasında misilsiz xidməti, gərgin zəhməti olan Arzu bacımız haqqında son olaraq deyim ki, Arzu Balsəs ədəbi mühitimizə, ətrafdakılara, yaxınlarına, dostlarına Tanrının tərəfindən göndərilmiş böyük mükafatdır, Tanrı
hədiyyəsidir, Tanrı lütfüdür!
Zahid Həbiboğlu, yazar, AJB- nin üzvü,
Xeber24.media təsisçisi və redaktoru