Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

30 Ock 16:34Manşet / Gündəm

Macarıstanın baş nazirindən BƏYANAT: Ukraynadakı münaqişəni dayandıra biləcək yeganə lider kimdir?

 

Macarıstanın baş naziri Viktor Orban Aİ-nin Kiyevə maliyyə yardımına hansı şərtlərlə razılıq verəcəyini və hansı siyasi liderin Ukraynadakı münaqişəni dayandırmağa qadir olduğunu açıqlayıb. 

Orban bu barədə “Le Point” jurnalına müsahibəsində danışıb.

Onun fikrincə, ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ukraynadakı müharibəni dayandıra biləcək yeganə liderdir.

“Əgər Donald Tramp 2022-ci ilin fevralında ABŞ prezidenti seçilsəydi, Avropada müharibə olmazdı. Mən hazırda istər Avropada, istərsə də ABŞ-də, müharibəni dayandırmaq gücündə olacaq ondan başqa bir lider görmürəm. Dünyanın adı var - Donald Tramp”, - deyə Viktor Orban qeyd edib.

Macarıstan baş naziri həmçinin Aİ-nin Kiyevə 50 milyard avro məbləğində maliyyə yardımı ayırmasına Budapeştin vetosunun ləğv edilməsi üçün şərtlərini də açıqlayıb.

“Biz kompromis təklifi vermək qərarına gəldik, büdcənin dəyişdirilməsinə razı deyilik. Biz 50 milyard avro ayrılması ilə razılaşmırıq, bu, böyük məbləğdir. Biz bu məbləğin dörd il müddətinə verilməsinə razı deyilik. Lakin Macarıstan Aİ-nin 26 ölkəsinin təşəbbüsünə qoşulmağa hazırdır, o şərtlə ki, bizə hər il bu pulu göndərməkdə davam edib-etməmək barədə qərarı özümüzün verəcəyinə dair zəmanət verilsin”, - deyə o bildirib.

Orban qeyd edib ki, Macarıstan Ukraynadakı münaqişənin hərbi yolla həllinin qeyri-mümkün olduğu mövqeyinə sadiqdir, lakin Aİ-nin digər 26 üzv ölkəsi fərqli düşünür.

“Onların təklifi hərbi həll istiqamətinə yönəlib, mən bununla razı deyiləm. Macarlar da bunu dəstəkləmirlər. Biz hesab edirik ki, yeganə həll yolu diplomatik yoldur və bu, atəşkəs və sülhün əldə edilməsi üzrə danışıqları nəzərdə tutur”, - deyə baş nazir qeyd edib.

Onun sözlərinə görə, bu kontekstdə Budapeştdən qarşıdakı dörd il üçün Kiyevə 50 milyard avro ayrılmasını təsdiqləməsi istənilir, lakin bu, münaqişənin gərginləşməsi deməkdir.

Mənbə: RBC.ru