Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

13 Nis 11:18Manşet / Gündəm

Birinci Qarabağ Müharibəsinin şəhidi Məmmədrafil Ağakişiyev (1964-1994)

 

Ağakişiyev Məmmədrafil Muzafəddin oğlu 1964-cü il yanvar ayının 29-da Quba rayonu Növdün kəndində anadan olmuşdur. 1979-cu ildə Növdün kənd orta məktəbini bitirmişdir, sonra Bakı şəhəri 1 nömrəli ev tikmə kombinatında işləmişdir. 1982-1984-cü illərdə həqiqi hərbi xidmətdə olub. Ordudan təxris olunduqdan sonra yenidə doğma kollektivdə işləməyə başlayıb. 
1993-cü ilin noyabr ayının 3-də könüllü olaraq torpaqlarımızın müdafiəsinə gedib. Məmmədrafil “Xətai” batalyonun  könüllülər briqadasının tərkibində Ağdərə bölgəsində təcavüzkarlara qarşı cəsarətlə vuruşub, böyük nüfuz qazanaraq baş çavuş olub. 1994-cü ilin yanvar ayında bir qrup döyüş yoldaşlarıyla düşmən mühasirəsinə düşüb, bir həftə ac-susuz qalsalar da düşmənə təslim olmamışlar, əsl mərdliklə vuruşaraq mühasirəni yarıb çıxa biliblər. Papravend, Şotlanlı, Güllücə və başqa yerlər uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. 
1994-cü il aprel ayının 17-də Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Lakin, iki gün nəşi mühasirədə qalır. Aprelin 19-da götürmək mümkün olur. 
Aprelin 20-də Quba rayonu Növdün kənd qəbristanlığında dəfn olunub. 


Fərid Faiqoğlu
AJB-nin üzvü