Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

29 Nis 14:26Manşet / Gündəm

Yaşil energetikaya keçidin Azərbaycan modeli

 

Hüseynzadə Rufat Fariz oğlu

UNEC Rus İqtisad Məktəbinin III kurs tələbəsi,g ənc tədqiqatçı

 

Yaşil  energetikaya keçidin Azərbaycan modeli

     Yaşıl iqtisadiyyat ekoloji davamlılığı, məhsul və xidmətlərin istehsalını? və yaşıl inkişafa investisiya qoyuluşunu təmin edən bir konsepsiya kimi dəyərləndirilir.


      Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrdə bərpa olunan enerji mənbələrindən istifadə ilbəil  genişlənir və inkişaf edir. Bu enerji mənbələri su enerjisi, külək enerjisi, günəş enerjisi, geotermal enerji, biokütlə enerjisi, dənizlərdə və okeanlarda dalğa enerjisi, su axını enerjisi və digər mənbələr kimi qəbul olunur.


     Bu sahənin inkişafı məqsədilə ölkəmizdə 2004-cü ildən Alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Proqramı icra edilir.


"Azərbaycan 2030: sosial-iqtisadi inkişafın milli prioritetləri və  “yaşıl enerji" proqramı ölkədə yeni dayanıqlı enerji mənbələrinin səmərəli istifadəsinə və prioritetləşdirilməsinə yönəldilib. Müasir və gələcək nəsillərin ehtiyaclarını tam ödəmək üçün ekoloji cəhətdən təmiz "yaşıl texnologiyalara” ehtiyac olduğu göstərilir.


     Qeyd edək ki, Azərbaycan hökuməti yeni reallıqlar şəraitində "yaşıl artım" ın təşviqində əsas rol oynayır. İqtisadi və digər siyasi vasitələrin köməyi ilə hökumətlər yaşıl istehsal və istehlakı stimullaşdıran, bu sahədə əməkdaşlığı təşviq edən və ən yaxşı təcrübə mübadiləsini dəstəkləyən şərait yaradırlar . Xüsusilə, Azərbaycan hökuməti yeni texnologiyaların və innovasiyaların işlənib hazırlanmasını və istifadəsini təşviq etməklə "yaşıl böyüməni" təşviq edir.


     “ Yaşıl energetikaya” keçidin  Azərbaycan modelinin əsas səciyyəvi cəhəti odur ki, ölkəmiz özünü təmin edən  bir energetika sahəsinə malik olduğu halda “ Yaşıl energetikaya” keçidi   öz qarşısında sosial-iqtisadi inkişafın əsas priotetlərindən biri kimi müəyyənləşdirilmiş və bu istiqamətdə sistemli, kompleks, mərhələli tədbirləri həyata keçirir və bu tədbirlərin hamısı proqram xarakteri daşıyır.  


    Bir məsələni də qeyd edək ki, Böyük Qayıdış Proqramının reallaşdırılmasında əsas prioritetlərdən biri kimi qəbul olunmuş alternativ enerji mənbələrindən istifadə prosesi də geniş vüsət alır ki, bu təcrübənin  öyrənilməsi dünya ölkələri üçün xüsusi əhəmiyyət kəsb  edir.