TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
BMU-da “Abituriyent Məsləhət Mərkəzi” fəaliyyətə başladı
Bakı Mühəndislik Universitetində (BMU) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb.
“Qafqazinfo” xəbər verir ki, abituriyentlər onları maraqlandıran suallarla bağlı həftə içi saat 10:00-dan 17:00-dək “Abituriyent Məsləhət Mərkəzi”nə müraciət edə bilərlər (Ünvan: Xırdalan şəhəri, Həsən Əliyev küç., 120. Telefon: +994 12 349 99 95).
Abşeron rayonu ərazisində yeganə ali təhsil müəssiəsi olan BMU-da “Abituriyent Məsləhət Mərkəzi”nin fəaliyyətə başlaması, xüsusilə bu ərazidə yaşayan abituriyentlərə məsafə qət etmədən, zaman itkisinə yol vermədən düzgün, ətraflı məlumat verilməsində əhəmiyyətli rol oynayacaq.
Məsləhət mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar fəaliyyət göstərir. Onlar tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki məsələlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz yardım olunacaq.






















































