“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
AR ELM VƏ TƏHSİL NAZİRLİYİ BOTANİKA İNSTİTUTU

Botanika İnstitutu və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Bakı şəhəri 04 may 2024-ci il
AR ETN Botanika İnstitutu və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun imzalanması Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Elm və Təhsil Nazirliyi Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilən “Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP29)-Yaşıl dünya və insan sağlamlığı” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransın açılış tədbirində baş tutub.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva tərəfindən qarşılıqlı imzalanan memoranduma əsasən tərəflər arasında müvafiq istiqamətlər üzrə münasibətlərin qurulması və inkişaf etdirilməsi, kadr hazırlığı sahəsində birgə əməkdaşlıq, elmi-tədqiqatlar üzrə birgə fəaliyyətin həyata keçirilməsi, birgə ekspedisiyaların təşkili, Naxçıvan florasında yayılan endemik növlərin coğrafi areallarının tədqiq edilməsi, onların əmələgəlmə yerlərini dəqiqləşdirmək üçün beynəlxalq və birgə elmi tədqiqatların aparılması, bitki nümunələrinin toplanması, onların müasir taksonomik strukturunun dəqiqləşdirilməsi və qiymətləndirilməsi üçün müştərək elmi tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsi nəzərdə tutulub.
Hörmətlə,
AR ETN Botanika İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi
Məhsəti Qurbanova























































