Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

25 Haz 12:57Manşet / Gündəm

Şeyxə məxsus olduğu deyilən klinika məhkəmə qarşısında - Qeyri-leqal fəaliyətlə məşğul olub?

 

Zəhra Klinikası qeyri-leqal fəaliyyətdə ittiham edilir.
Qaynarinfo xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati iş başlanıb. 
Bu maddədə qeyd edilir ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə  fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 8000 min manatadək məbləğdə cərimələnir.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və hakim Vüsal Qurbanovun icraatına verilib. 
Ətraflı
Zəhra Klinikası vergidə "Zəhra Clinic" MMC kimi qeydiyyatdadır. Reyestr məlumatlarından aydın olur ki, klinika 26 oktyabr 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 100 manatdır. Klinikanın rəhbəri Fərid Hüseyndir. 
Zəhra Klinikasının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, şeyxülislam Allahşükür Paşazadənin nəzarətində olduğu iddia edilir. 
Fərid Hüseyndən əvvəl klinkaya QMİ sədrinin qızı Vəfa Paşazadənin rəhbərlik etməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır. Vəfa Paşazadə 2023-cü ildə rəhbərlikdən gedib. Bununla belə, hazırda klinikanın yenə də şeyxin nəzarətində olduğu deyilir. 

Seyid