Xəbər Lenti
18-08-2025, 14:42
Azərbaycanda keçirilən “Beat the Heat Vol. IV” yay universiteti layihəsi uğurla yekunlaşıb
16-08-2025, 10:15
Alyaskanın ev sahibi Putin, iki böyük qələbə qazanan Putin, razı qalan Tramp… – Beynəlxalq media icmalı
“Azərbaycanla sülh sazişi vacibdir” - Mirzoyan
“Cənubi Qafqazda sabit sülhün bərqərar olması üçün Azərbaycanla sülh sazişi vacibdir”.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Xorvatiyada keçirilən “Dubrovnik” forumunda Albaniyadan olan həmkarı İqli Hasani ilə görüşdə bildirib.
O, həmçinin İ. Hasanini Ermənistan-Azərbaycan normallaşması ətrafındakı vəziyyətlə bağlı məlumatlandırıb.
Qeyd edək ki, A. Mirzoyan iyulun 27-də Ermənistanın bir ay ərzində Azərbaycanla sülh sazişinin yekun mətnini hazırlayaraq imzalamağa hazır olduğunu bildirmişdi.