Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

31 Tem 09:05Manşet / Gündəm

DÜNYANI QORUYAQ

 

Prof. Həcər Emin qızı Hüseynova

ADPU, filologiya, Azərbaycan dilçiliyi kafedrası

 

Məlumdur ki, cəmiyyət ibtidaidən aliyə, sadədən mürəkkəbə doğru inkişaf edir. İctimai həyatın bütün sahələrində sürətli inkişaf müşahidə edilir. Bu inkişaf olmadan cəmiyyəti təsəvvür etmək mümkün deyil. İnsanların icad etdikləri yeni vasitələr, NANO–texnologiyalar, cəmiyyətin frifahına xidmət üçün nəzərdə tutulmuşdur. Lakin o da bir həqiqətdir ki, insanların öz əli ilə yaratdıqları bəzən elə cəmiyyətin zərərinə xidmət göstərir. Bu sahəyə insan düşüncəsinin nəticəsi olan atom-nüvə silahlarını, atmosferi zəhərləyən qazları təbiətə buraxan zavod tüstülərini, insanları məhv edən silah növlərini və digər yüzlərlə bu cür “nailiyyətlərimizi sadalaya bilərik.


Lakin kainatı, bizə bəxş edilən dünyamızı, ana təbiəti, hansı ki, onsuz canlıların yaşaması qeyri-mümkündür, qorumalı, gələcək nəsillərə ötürməliyik.


Bu məqsədlə də bizə vacib olan “yaşıl dünya”nı özümüz yaratmalıyıq. Doğma təbiəti zərərli təsirlərdən təmizləməliyik. Bunu da yalnız insan ağlı, əməyi, insan əli, insan düşüncəsi bacara bilər. Ona görə də ətraf aləmin təmizlənməsi və qorunması üçün dünyəvi tədbirlər həyata keçirilir. Azərbaycan da beynəlxalq səviyyəli təşkilatların bir üzvü kimi, həmin tədbirləri dəstəkləyir, onların həyata keçirilməsinə çalışır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları  Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalamışdır.


2024-cü ildə  COP-29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsi də təsadüfi deyil. Bu, həm ölkə rəhbərinin, həm də xalqımızın sülhsevərliyindən xəbər verir.


Azərbaycanın Respublikasında iki min otuzuncu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmaq şəklində qəbul edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin olunması istiqamətində daimi işlər aparılmaqdadır.


Azərbaycan 1990 illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların tullantılarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını qarşıya məqsəd qoymuşdur.


İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan edilmişdir. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması əsas məsələ kimi qarşıya qoyulmuşdur. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi müasir tikililər həyata keçirilir, ekoloji tarazlığın bərpa edilməsinə çalışılır, yaşıllıqlar salınır, məhv edilmiş, yandırılmış meşələr bərpa olunur.


“Yaşıl enerji növlərinin yaradılması və dünya bazarlarına ötürülməsi Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir” (https://president.az/az/articles/view/62737-21 iyun 2024).

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP-29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.


 

LET'S PROTECT THE WORLD

 

It is known that society develops from primitive to higher, from simple to complex. Rapid development is observed in all spheres of social life. It is impossible to imagine society without this development. New technologies invented by people, NANO-technologies, are designed to serve the welfare of society. However, it is also a fact that what people create with their own hands sometimes serves to the detriment of society. In this area, we can name atomic-nuclear weapons, which are the result of human thought, factory pipes that release gasses that poison the atmosphere, types of weapons that destroy people, and hundreds of other such "achievements" of ours.


However, we must protect the universe, our world, mother nature, without which it is impossible for living things to live, and pass it on to future generations.


For this purpose, we must create the "green world" that is important to us. We have to clean native nature from harmful effects. Only the human mind, labor, human hand, and human thought can do this. Therefore, worldly measures are taken to clean and protect the environment. Azerbaijan, as a member of international level organizations, supports those measures and tries to implement them. For this purpose, the President of the Republic of Azerbaijan, Commander-in-Chief Ilham Aliyev signed the Decree on the declaration of 2024 as the "Year of Solidarity for the Green World" in the Republic of Azerbaijan.


It is no coincidence that the COP-29 international event will be held in Azerbaijan in 2024. This indicates the peace-loving nature of both the head of the country and our people.


In the Republic of Azerbaijan, one of the national priorities for socio-economic development until the year 2030 was adopted as a "country of clean environment and green growth". in accordance with this priority, constant work is being done in the direction of improving the environment, restoring and increasing greenery, and ensuring the efficient use of water resources and sustainable energy sources.


Azerbaijan has set a goal of reducing greenhouse gas emissions by 35 percent by 2030, and by 40 percent by 2050, compared to 1990. Freed from occupation, Karabakh and Eastern Zangezur and Nakhchivan Autonomous Republics have been declared a green energy zone. Environmental protection is a key issue in the large-scale restoration and reconstruction process in liberated areas. Modern buildings such as "smart city" and "smart village" are being built in those areas, efforts are being made to restore the ecological balance.


"The creation of green energy types and their transfer to world markets is the priority of Azerbaijan's energy policy. Azerbaijan aims to increase the share of renewable energy sources in the installed capacity of electricity production to 30 percent by 2030" (https://president.az/az/articles/view/62737-June 21, 2024). The 29th session of the Conference of the Parties to the UN Framework Convention on Climate Change - passing a unanimous decision on the holding of a prestigious event such as COP-29 in Azerbaijan is a sign of great respect and trust for Azerbaijan by the international community, as well as the protection of the environment of our country at the national, regional and global levels. , is a clear example of appreciation of his contribution to the prevention of climate change.