“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Gənclər paytaxtında gənclər üçün “YOUTH4YOUTH: Gənc Təlimçilərin İnkişaf Proqramı” keçirilib
Lənkəran şəhərində Azərbaycan Gənclər Fondunun “İdeyanı reallaşdır 2023” qrant müsabiqəsinin qalib layihələrindən olan “YOUTH4YOUTH: Gənc Təlimçilərin İnkişaf Proqramı” keçirilib.
Müsabiqənin qalib gənclərindən olan Ramilə El-oğlunun rəhbərliyi ilə keçirilən layihənin əsas məqsədi regionlarda yaşayan, gələcəkdə özünü təlimçi olaraq təkmilləşdirmək istəyən gənclərin bilik və bacarıqlarının artırılması, potensiallarının gücləndirilməsi, mövcud imkanlardan düzgün istifadə ilə bağlı məlumatlandırmaq, onlar üçün 5 günlük “Təlimçilər üçün Təlim” proqramının təşkilini təmin etməkdən ibarət olmuşdur.
Layihə çərçivəsində 25 gənc 5 gün ərzində təlimçi Rafət Şirəliyevin dəstəyi ilə təlimçinin qeyri-formal təhsildəki rolu, ideal təlimçi obrazının yaradılması, bədən dilindən istifadə, öyrənmənin üsul və növləri, təlim mühitində öyrənmənin təşkili, təlimin məqsəd və vəzifələrinin müəyyən edilməsi, hədəf kütlənin ehtiyaclarının aydınlaşdırılması, təlim mövzularının seçilməsi və proqramın hazırlanması mövzularında fərdi və qrup işləri ilə müvafiq bilik və bacarıqlara yiyələniblər.
Proqramın sonunda gənclər sertifikatla təltif ediliblər.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran Gənclər Evinin tərəfdaşlığı ilə keçirilib.