Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

04 Ekm 07:53Manşet / Şou-biznes

Tatlısəsin qızı barəsində istintaq başladıldı

tatlisesin-qizi-baresinde-istintaq-basladildi

“Türk Hava Yolları”nın Bodrum-İstanbul reysi zamanı əvvəlcə stüardessa, sonra isə polislə mübahisə edən müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs barədə istintaq başladılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, o, “təhqir”, “təhdid” və “yüngül yaralama”da ittiham olunur.

Xatırladaq ki, müğənni Bodrum-İstanbul reysində pişiyi ilə bağlı ona xəbərdarlıq edən stüardessaya hücum edib. Dilan stüardessaların ondan şikayət etməsindən sonra polisin müşayiəti ilə bölməyə aparılıb və ifadə verdikdən sonra sərbəst buraxılıb.

Hadisədən sonra “Türk Hava Yolları” Dilan Çıtak Tatlısəsi qara siyahıya salıb.