Xəbər Lenti
Dün, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
29-06-2026, 19:02
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Bu dəfə atasının dəfni üçün həbsdən icazə istəyir
Həbsdə olan Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimovun atası vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, M.Əzimovun atası Yaşar Əzimov ötən gün dünyasını dəyişib. O, dəfndə iştirak etmək üçün Penitensiar Xidmətin rəhbərliyinə müraciət edib.
Məlumat üçün bildirək ki, ötən ilin yayında M.Əzimovun 14 yaşlı oğlu dənizdə boğularaq vəfat etmişdi. Həmin vaxt o, oğlunun dəfn mərasimində iştirak üçün həbsdən 3 günlük buraxılmışdı.
M. Əzimov bir müddət əvvəl qanunsuz narkotik dövriyyəsində ittiham olunaraq həbs olunub.




















































