Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Qadın güləşçimiz dünya çempionu oldu
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının qızıl medalını qazanıb.
Qaynarinfo xəbər verir ki, təmsilçimiz 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4.
Reklamınızı SmartBee ilə effektiv edin.
O, növbəti mərhələdə türkiyəli Sevim Akbaşa heç bir şans tanımayıb – 10:0. Əliyeva yarımfinalda isə ABŞ-li Sofiya Makalusonu üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib.
Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabı ilə qalib gələn güləşçimiz dünya çempionu olub.