Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

06 Ara 10:15Manşet / Gündəm

İpoteka Fonduna ayrılan 100 milyon əmlak bazarına necə təsir edəcək?

Gələn il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq. Yəni, növbəti il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 1 milyard 168 milyona manata çatacaq. 
İpoteka Kreditləri üçün nəzərdə tutulan vəsaitlərin həcmi ilbəil artsa da, imkansız və illərlə kirayələrdə yaşayan vətəndaşlar bundan yararlana bilmir. Kredit şərtlərinin ağırlığı və ilkin ödəniş tələbi onları bu imkandan kənarda saxlayır.
Əmlak eksperti Elnur Azadov Qaynarinfo-ya açıqlamasında bildirib ki, dövlət tərəfindən ilbəil daşınmaz əmlakın əldə olunması ilə bağlı müəyyən işlər aparılır:
"Lakin hələ də vətəndaşların əksəriyyəti bundan yararlana bilmir, dövlət ipotekası onlar üçün əlçatmaz olaraq qalmaqdadır. Vətəndaşlarda rəsmi gəlir azdır. Yaxud da ipoteka ilə ev almağa vəsait çatmır. 10-15 il əvvəl evi olmayan vətəndaş ən azı "Xuruşovka" deyilən binalarda ev ala bilirdi. O zaman həmin binalarda bir otaqlı və iki otaqlı layihələrin qiyməti 50 min manat idi. Vətəndaş cəmi 7 min 500 manat ilkin ödəniş etməklə ipoteka yolu ilə mənzil ala bilirdi. Yerdə qalan pulu 20 illiyə kreditin aylıq ödənişi 150-250 manat arasında hiss-hissə ödəyirdi. 350 manat rəsmi aylıq gəliri olan vətəndaşların ipotekadan yararlanmaq imkanı var idi". 
Elnur Azadov daşınmaz əmlakın qiymətində 15 il əvvəllə müqayisədə fərqinin böyük olduğunu qeyd edib:
"Hazırda daşınmaz əmlakın qiyməti orta hesabla əvvəlki illə müqayisədə 2 dəfə yarım bahalaşıb. Bir otaqlı mənzilin qiyməti 110-120 mindən yuxarıdır. Onun ilkin ödənişi, yəni 15% nəzərə alsaq, 18 min olmalıdır. Vətəndaşın aylıq əmək haqqı əvvəlki kimi 300-350 manat deyil, 1000 manata yaxın olmalıdır ki, bəzi rəsmi xərcləri çıxandan sonra ipotekanı ödəyə bilsin. Daşınmaz əmlakın bahalaşması fonunda vətəndaşların gəlirləri buna yetmir bə hələ də həssas təbəqə, gəlirləri az onlar ipoteka kreditindən faydalana bilmirlər".
 
Elnur Azadov vurğulayıb ki, mexanizminin dəyişilməsi ilə bağlı hər hansı ciddi forma yoxdur:
"Daşınmaz əmlakın bahalaşması kimin üçün əlverişlidir? Əmlakın iki dəfədən çox bahalaşması büdcə vəsaitlərinin artıq xərclənməsinə səbəb olur. Bu haqda heç bir iqtisadçı danışmır. Mən ilk olaraq bunu vurğulayardım. Bu, həm hökumət, həm də dövlət büdcəsi üçün zərərlidir və təbii ki, vətəndaş üçün də əlçatmazdır. Birinci növbədə belə bir addımlar atılmalıdır, daşınmaz əmlakın bahalaşmasına son qoyulmalıdır. Hətta ucuzlaşmaya gedilməlidir. Bu məsələdə böyük manapoliya var. Onların qarşısı alınmalıdır".
Elnur Azadov əlavə edib ki, tikinti şirkətləri üçün müvafiq şərait yaradılmalıdır:
"Ölkədə daşınmaz əmlakın ucuzlaşmasına kompleks tədbirlər görülməlidir".
Deputat Vüqar Bayramov vurğulayıb ki, gələn il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılması daha çox vətəndaşlarımızın ipoteka kreditindən faydalanaraq mənzil almaq imkanının yaranması deməkdir:
"Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur. Qeyd edək ki, güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 8 faizlə 30 il müddətinə təklif olunur".
 
Vüqar Bayramov bildirib ki, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur:
"Bu eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin portfelini də genişləndirir. Deməli, bu həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir. İndiyədək fond tərəfindən 52 min 59 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 276 milyon manatdan çoxdur".
Bahar Rüstəmli