Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
Psixoloq: Uşaqla münasibətlərdə qeyd-şərtsiz sevgi vacibdir

Avropa Tibb Mərkəzinin (EMM) klinik psixoloqu Luis İstomina övladınızla inamı necə quracağınızı və nə üçün hər zaman dialoqa hazır olmağın vacib olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, psixoloqun sözlərinə görə, valideyn və uşaq arasında etibarlı münasibətin əsasını təhlükəsiz bağlılıq təşkil edir - təhlükəsizlik hissi, qəbul və qeyd-şərtsiz sevgi kimi komponentləri özündə birləşdirən psixoloji fenomen:
"Beləliklə, valideynlə münasibətdə uşağın özünü təhlükəsiz hiss etməsi vacibdir, əks halda valideynin davranışından yaranan təhlükə hissi stressə və narahatlığın artmasına səbəb ola bilər. Valideyn tərəfindən tənqid, emosional və fiziki cəzalar, valideynin hərəkətlərində uyğunsuzluq böyüklər və uşaq arasındakı münasibətlərə mənfi təsir göstərəcək və bu səbəbdən inamsızlığa səbəb olacaq".
Növbəti komponent qeyd-şərtsiz sevgi və qəbuldur. Uşaq səhv etsə və ya anlaşma pozmuş olsa belə, valideynin ondan üz döndərməyəcəyini, çox sərt və qəddar olmayacağını hiss etməlidir ki, bu da çox vaxt uşaqların valideynlərindən uzaqlaşmasına, yalan danışmasına, cəzadan qorxmasına səbəb olur:
"Valideynin özünün səmimiliyi və dürüstlüyü heç də az əhəmiyyət kəsb etmir. Yetkinlərin söz verdiyi, sonra isə sözünü pozduğu situasiyalarda uşaq nəinki dərin məyus olur, həm də inciklik, qəzəb, kədər kimi ağrılı emosiyaları yaşayır ki, bu da ailə ab-havasının uyğunlaşmasına daha bir maneəyə çevrilir".
Aydın























































