Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

03 Şub 07:31Manşet / Dünya

Qəza yerindən daha bir neçə nəfərin meyiti tapıldı

qeza-yerinden-daha-bir-nece-neferin-meyiti-tapildi

ABŞ fövqəladə hallar rəsmiləri Vaşinqton səmasında sərnişin təyyarəsinin hərbi helikopterlə toqquşması nəticəsində həlak olan şəxslərdən daha bir neçə nəfərin cəsədinin tapıldığını açıqlayıb.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bu barədə Kolumbiya dairəsinin yanğınsöndürmə xidmətinin rəhbəri Con Donnelli bildirib.

Onun sözlərinə görə, qəza yerindən 55 nəfərin cəsədi çıxarılıb, dalğıclar daha 12 qurbanın cəsədini tapmalıdır.

Xatırladaq ki, bir neçə gün əvvəl Vaşinqtonda Reyqan adına aeroportda sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Hadisə təyyarə yerə enməyə hazırlaşarkən qeydə alınıb. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb.  ABŞ Prezidenti Donald Tramp qəza nəticəsində sağ qalanların olmadığını açıqlayıb. 

Qey edək ki, bundan öncə qəza yerindən 41 nəfərin cəsədi çıxarılıb, onlardan 28-nin şəxsiyyəti müəyyən edilib.