Menu
Xəbər Lenti
Xəzərdə zəlzələ oldu
30-04-2026, 06:34

Xəzərdə zəlzələ oldu

12 qurban, 17 illik hüzun...
30-04-2026, 06:10

12 qurban, 17 illik hüzun...

SALAM, DAĞ QARDAŞLARI!
29-04-2026, 13:54

SALAM, DAĞ QARDAŞLARI!

Bu qidalar enerji mənbəyidir
29-04-2026, 06:25

Bu qidalar enerji mənbəyidir

Bu ərazilərdə qaz olmayacaq
29-04-2026, 06:00

Bu ərazilərdə qaz olmayacaq

03 Şub 07:44Manşet / Kriminal

Eldəniz Səlimov azadlığa çıxdı

eldeniz-selimov-azadliga-cixdi

Polis əməkdaşına xəsarət yetirmə ittihamı ilə məhkum edilmiş sabiq deputat Eldəniz Səlimov azadlığa buraxılıb.

“Qafqazinfo”nun məlumatına görə, E.Səlimovun 3 il 6 aylıq həbs cəzası bu gün başa çatıb. O, 10 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.

Deputat işləyə-işləyə cinayət törədən Səlimov vaxtından əvvəl cəza çəkmədən azad edilmək üçün müraciət etməyib, günə-gün həbsdə yatıb.

Qeyd edək ki, Eldəniz Səlimov Xaçmaz seçki dairəsindən deputat olub. Həbsinə səbəb olan hadisə 2021-ci ilin avqustunda elə Xaçmazda kafedə baş verib. Deputat mübahisə zamanı polis əməkdaşına xəsarət yetirib.

Vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinən E.Səlimov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi.

Sail Ağasəlim