Xəbər Lenti
13-11-2026, 07:17
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
12-11-2026, 15:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
12-11-2026, 11:27
12 NOYABR – AZƏRBAYCAN KONSTİTUSİYASI: MİLLİ AZADLIĞIMIZIN HÜQUQİ TƏMİNATI, DÖVLƏT MÜSTƏQİLLİYİMİZİN ƏBƏDİLİK RƏMZİ
11-11-2026, 11:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 18:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Trampın xanımı ictimaiyyət arasında niyə çıxmır?

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya ictimaiyyət qarşısına çıxmağı demək olar ki, tamamilə dayandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "In Touch Weekly" tabloidinə istinadən yazıb.
"İnsanlar onun yoxa çıxdığını deyirlər, amma həqiqət odur ki, onun hər rəsmi tədbirdə iştirakına ehtiyac yoxdur. O, pərdəarxası işlə məşğul idi", deyə nəşrin mənbəsi bildirib.
Keçən ilin dekabrında Donald Tramp "Time” jurnalına demişdi ki, həyat yoldaşı müxtəlif səbəblərdən hər zaman ictimaiyyətin diqqətində olmayacaq. ABŞ prezidenti deyib ki, birinci xanım lazım olduqda aktiv olacaq.
Yanvarın 20-də Donald Tramp and içərək ABŞ-ın 47-ci prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb. İnauqurasiya mərasimi Kapitolidə baş tutub. Andiçmə mərasimini ABŞ Ali Məhkəməsinin sədri Con Roberts həyata keçirib.
Yanvarın 25-də bildirilib ki, Melaniya Tramp prezident iqamətgahında həyatından bəhs edən sənədli film çəkmək üçün çəkiliş qrupu ilə birlikdə Ağ Evə köçür.
"O, çəkiliş qrupu ilə Ağ Evə köçür, bu, sələflərinin hər biri üçün ağlasığmaz olardı. Melaniya həyatı haqqında bir sənədli filmdə bütün sirlərini açmağa hazırlaşır", deyə "Daily Mail" yazıb.
Aydın























































