Göygöl yaylaqlarında böyük qayıdışın zəfər sədası: Ağbaba və Şörəyel ruhunun təntənəsi
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Serbiyada nazirə hücum - Xəstəxanaya düşdü

Serbiyanın mədəniyyət naziri Nikola Selakovic paytaxt Belqradda hücuma məruz qalıb.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkə Prezidenti Aleksandr Vuçiç açıqlayıb.
Onun sözlərinə görə, nazirə ölkədə davam edən kütləvi etiraz aksiyaları fonunda hücum edilib.
“Blic” portalının məlumatına əsasən, insident zamanı Selakoviçin burnu sınıb və o, hazırda xəstəxanadadır.
Xatırladaq ki, Serbiyada 4 aydan çoxdur etiraz aksiyaları keçirilir. Aksiyalar ötən il noyabrın 1-də ölkənin Novi-Sad şəhərində dəmiryolu vağzalında beton talvarın uçmasından sonra başlayıb. Hadisə zamanı 15 nəfər həlak olmuşdu. Etirazçılar hökumətdən faciənin açıq şəkildə araşdırılmasını və 2024-cü ildə vağzalda aparılan təmir işlərinə dair bütün sənədlərin nəşr edilməsini tələb edirlər.























































