Xəbər Lenti
Bugün, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
5-10-2026, 10:32
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
4-10-2026, 10:25
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
4-10-2026, 09:16
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
3-10-2026, 18:23
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
3-10-2026, 10:06
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
2-10-2026, 15:31
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov seçicilərlə görüş keçirdi
74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov seçicilərlə görüş keçirdi

Masallı rayonunda Novruz bayramı öncəsi ənənəvi olaraq keçirilən İlaxır çərşənbə xüsusi təntənə ilə qeyd olunur. Bu il də rayon sakinləri qədim adət-ənənələrə sadiq qalaraq ailələri ilə bir araya gəlməyə və bayram süfrəsi açmağa hazırlaşırlar.
İlaxır çərşənbəyə saylı günlər qalmış 74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov seçicilərlə növbəti qəbul-görüşünü keçirib. Görüş Yeni Azərbaycan Partiyasının (YAP) Masallı Rayon Təşkilatının inzibati binasında baş tutdu. Tədbirdə YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və deputatın köməkçiləri də iştirak edib.
Azadmedia az xəbər verir ki, keçirilən qəbul-görüş barədə millət vəkili Məşhur Məmmədov sosial media hesabında məlumat verib.
Qəbulda 21 seçici iştirak edib. Görüşə qatılanlar arasında şəhid ailələrinin üzvləri də olub. Deputat şəhid anasının müraciətini xüsusi diqqətlə dinləyərək, ona dəstək göstərilməsinin vacibliyini vurğulayıb.
Seçicilərin qaldırdığı məsələlər əsasən sosial və məişət xarakterli idi. Bayram ərəfəsində edilən müraciətlərin əksəriyyəti vətəndaşların rifahı və sosial təminat məsələləri ilə bağlı olub. Deputat bildirib ki, son illərdə vətəndaşlar arasında maarifləndirmə səviyyəsi artıb. Artıq vətəndaşlar problemlərinin həlli üçün aidiyyəti dövlət qurumlarına necə müraciət etməyi və tələb olunan prosedurlara əməl etməyi daha yaxşı bilirlər.
Millət vəkili Məşhur Məmmədov vurğulayıb ki, bayram ərəfəsində hər kəsi razı salmağa və seçicilərin müraciətlərinə mümkün olan maksimum dəstəyi verməyə çalışıblar. Onun səlahiyyətləri çərçivəsində həll edilə biləcək məsələlər yerindəcə həll edilib, digərləri isə aidiyyəti qurumlara yönləndirilib. Deputatın köməkçiləri həmin müraciətlərin icrasını diqqətdə saxlayacaq.
Seçicilərlə görüşlərin davamlı olacağını qeyd edən deputat, gələcəkdə də Masallı rayonunun inkişafı və vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.
















www.AzadMedia.az























































