Sumqayıt şəhər 43 nömrəli tam orta məktəbdə həyata keçirilən “Ətraf mühit kəşfiyyatçıları:
BMT-nin İnsan Hüquqları Ali Komissarlığının Vardanyan işi üzrə tarixi qərarının məzmunu - Açıqlandı
Sumqayıt şəhər 43 nömrəli tam orta məktəbdə həyata keçirilən “Ətraf mühit kəşfiyyatçıları:
Sumqayıt şəhər 43 nömrəli tam orta məktəbdə həyata keçirilən “Ətraf mühit kəşfiyyatçıları: şagirdlər arasında ətraf mühitə dair maarifləndirmə” layihəsi uğurla yekunlaşıb. Layihə, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biri kimi ekoloji maarifləndirmə sahəsində mühüm addım olub.
Layihə çərçivəsində VII, VIII və IX sinif şagirdlərinin iştirakı ilə 16 saatlıq ekoloji maarifləndirmə sessiyaları, 4 foto və video təlimi təşkil olunub və şagirdlər “Eko-radar” portalı ilə tanış olublar. Fəaliyyətlər interaktiv müzakirələr və qrup işləri əsasında təşkil olunaraq qeyri-formal təhsilin tətbiqinə imkan yaradıb. Bu sessiyalar vasitəsilə şagirdlər komanda ilə iş, ünsiyyət, problem həll etmə və vaxtın idarə olunması kimi mühüm yumşaq bacarıqları inkişaf etdiriblər.
Bununla yanaşı, layihə çərçivəsində şagirdlərin ekoloji bilikləri artırılıb, onların ətraf mühit problemləri və həll yolları ilə bağlı dərin anlayış əldə etmələri təmin edilib. Qrup işlərinin nəticəsi olaraq, şagirdlər müxtəlif ekoloji mövzularda əl işləri hazırlayıb, təqdimatlar edərək onların mənasını izah ediblər.
Layihənin son mərhələsində şagirdlər “Eko-radar” portalı ilə bağlı tapşırıqları yerinə yetirərək ətraf mühitdə baş verən real hadisələri müşahidə ediblər. Onlar həm mənfi, həm də müsbət dəyişiklikləri analiz edərək ekoloji problemlərin həllinə dair daha aktiv iştirak etməyə motivasiya olunublar.
Təlimlərdə iştirak edən şagirdlər ekoloji problemlər haqqında daha məlumatlı olduqlarını və gündəlik həyatlarında daha məsuliyyətli davranacaqlarını bildiriblər.
Layihə sözügedən məktəbin direktoru Ülviyyə Mahmudova tərəfindən icra olunub və ekoloji təhsilin inkişafına töhfə verməklə yanaşı, şagirdlərin fərdi və sosial bacarıqlarının güclənməsinə dəstək olub.