HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi yekunlaşıb

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "OpenDoors: müasir cəmiyyətin müasir şagirdləri" layihəsi çərçivəsində şagirdlər ilə olan infossesiyalar yekunlaşıb.
"Şəxsi gigiyena və özünəqulluq", "İnsan bədəninin əsas hissələri və funksiyaları", "Dostluq və sağlam münasibətlərin əhəmiyyəti", "Ailə və cəmiyyətdəki rollar" və s. bu kimi mövzuları əhatə edən 8 infosessiya yekunlaşıb.
Son infosessiyadan görüntüləri sizə təqdim edirik.
Layihə çərçivəsində şagirdlər, valideynlər və məktəbin psixoloq və pedaqoqları üçün müxtəlif təlim və görüşlər planlaşdırılmışdır.
Xatırladırıq ki, "OpenDoors: Müasir Cəmiyyətin Müasir Şagirdləri" adlı layihə, Leyla Məcidova tərəfindən həyata keçirilir. Layihənin məqsədi, şagirdlər və valideynlər arasında gender məsələlərinə düzgün yanaşmanı, qarşılıqlı hörməti və cəmiyyətin müasir tələblərinə uyğun maariflənməni təşviq etməkdir.
Layihə çərçivəsində şagirdlər, valideynlər və məktəbin psixoloq və pedaqoqları üçün müxtəlif təlim və görüşlər planlaşdırılmışdır.































































