Xəbər Lenti
6-05-2026, 14:45
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
5-05-2026, 08:40
Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
5-05-2026, 06:04
“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
"Azdrama"da əlbəyaxa dava: Xalq artistinə hücuma keçdilər

Akademik Milli Dram Teatrının (Azdrama) səhnə arxasında əlbəyaxa dava baş verib.
Bu barədə Qaynarinfo-ya sözügedən teatrın aktyorları məlumat verib.
Onların bildirdiyinə görə, davaya səbəb kənar teatrların aktyor və rejissorlarının Akademik Milli Dram Teatrına dəvət edilməsinə etiraz olub.
Dava teatrın bədii şurasının iclasında baş verib. Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, "Azdrama"ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar.
Vəziyyətin dramatik həddə çatacağını görən Xalq artisti Sabir Məmmədov hadisəyə biganə qala bilməyib. Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov dava edənləri qucaqlayaraq iclas otağından çıxardaraq hadisə yerindən uzaqlaşdırıblar.
Aktyor deyir ki, teatrın bədii şurasında belə hadisə 150 ildə ilk dəfə baş verib.
Xalq artisti Əli Nur baş verən hadisə ilə Respublika Prokurorluğuna şikayət edib. Hadisə araşdırılır.
Bahar Rüstəmli























































