Xəbər Lenti
Dün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
Şərurlu İsfəndiyardan daha bir şikayət: "18 ildir mənə 73 min dollar borcludur"

"Şərur" MTK-nın sahibi İsfəndiyar Axundovla (Şərurlu İsfəndiyar) bağlı redaksiyamıza şikayət daxil olub.
Oxu.Az-a danışan şikayətçi Elşən Səmədov bildirib ki, İsfəndiyar Axundov ona dəymiş ziyanı ödəmir.
Şikayətçi fikirlərini belə ifadə edib:

"2007-ci ildə Xətai rayonu ərazisində Şərurlu İsfəndiyara məxsus "Azərtikinti ATF" MMC-dən (Sonradan "Orxan" MMC) iki mənzil almışam. Mənzillərdən biri birotaqlı, digəri ikiotaqlı idi. 2007-ci il mayın 24-də 40 min 700 dollara ikiotaqlı mənzili, iyulun 18-də isə 33 min dollara olan birotaqlı mənzili almışıq.

Mənzilləri "Azərtikinti ATF" MMC-nin direktoru Azər Quliyevdən aldıq, amma şirkətin sahibi İsfəndiyar Axundovdur. Həmin Azər Quliyevi də sonradan həbs etdilər. Şərurlu İsfəndiyar şirkətlərini başqa adamların adına keçirir ki, problem yaşamasın. İsfəndiyar Axundov ümumilikdə mənə 73 min 700 dollar borcludur. Bir ildən sonra məlum oldu ki, həmin mənzillər çox adama satılıb, tikilmir. Mənə verilən sənədlər başqalarına da verilib.

Bu illər ərzində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və digər qurumlara müraciət etmişik. Lakin İsfəndiyar Axundovla bağlı heç bir tədbir görülmür".
























































