Xəbər Lenti
Bugün, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Bugün, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
5-10-2026, 10:32
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
4-10-2026, 10:25
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
4-10-2026, 09:16
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
3-10-2026, 18:23
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Ceyhun Bayramov: Azərbaycan Konstitusiyasında heç bir ərazi iddiası yer almır

Ermənistandan fərqli olaraq Azərbaycan Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası yer almır.
Cənubi Qafqazda regional əməkdaşlıq müzakirələri
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana cavabında deyib.
Konstitusiya iddiaları və qarşılıqlı mövqelər
Mirzoyan analoji Konstitusiya iddialarının Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmasının mümkün olduğunu, lakin İrəvanın belə bir addım atmadığını bildirib.
Azərbaycanın konstitusiyasında ərazi iddiaları yoxdur
Nazir Ceyhun Bayramov cavabında bildirib ki, Azərbaycan Konstitusiyasında Ermənistandan fərqli olaraq hər hansı ərazi iddiası yer almır və əgər belə bir fakt olsaydı Ermənistan tərəfi mütləq bu məsələni qaldırardı.
Sülh müqaviləsi və konstitusiya dəyişikliyi zərurəti
Ceyhun Bayramov vurğulayıb ki, Konstitusiya dəyişikliyi olmadan Ermənistanla sülh müqaviləsinin imzalanması məntiqsizdir. Belə ki, heç bir beynəlxalq razılaşma ölkənin əsas qanunu olan Konstitusiyaya zidd ola bilməz. Bu baxımdan sülh müqaviləsində Azərbaycanın ərazi bütövlüyü tanınsa belə, o, Ermənistan Konstitusiyasına zidd olacağı üçün hüquqi qüvvəsi sual altında qalacaq.
Sülh yolu ilə irəliləmək üçün şərt
Nazir bu baxımdan Ermənistanın müvafiq Konstitusiya dəyişikliyinin sülh razılaşmasının imzalanmasından öncə baş verməli olduğunu vurğulayıb.
Ceyhun Bayramov onu da əlavə edib ki, Konstitusiya dəyişikliyi ilə dövlətlərarası münasibətlərin tənzimlənməsinə dair analoji hallar da mövcuddur və bu məsələ Azərbaycanın mövqeyinin maksimalist olması kimi qiymətləndirilə bilməz.
"Burada qeyri-adi heç nə yoxdur və ya bu, Azərbaycanın mövqeyinin maksimalist olduğu anlamına gəlmir. Nazir Mirzoyanın Ermənistan tərəfininin Azərbaycan konstitusiyası ilə bağlı bənzər narahatlıqları ilə bağlı son arqumentinə gəlsək, hər şeydən əvvəl bu reallığı əks etdirmir. Azərbaycan Konstitusiyasında müasir Ermənistan Respublikasının hər hansı coğrafi ərazi adı qeyd edilməyib. Düşünürəm ki bizim erməni həmkarlarımız bunu çox yaxşı bilirlər, əksi olsaydı onlar əminliklə bu məsələni qaldırardılar. Çünki Ermənistanın, Azərbaycanın və Türkiyənin hüquqi sistemləri az-çox eynidir. Siz ölkənin Konstitusiyasına zidd olan beynəlxalq razılaşma imzalaya bilməzsiniz”, - Ceyhun Bayramov Mirzoyana cavabında bildirib.






















































