Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
“Bağırsaq xərçəngini ən müasir üsulla əməliyyat edirik” - Dr.İlqar İsmayılov

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı ümumi cərrahiyyə uzmanı, Avropa “Board” imtahanını uğurla keçərək “FEBS Coloproctology” titulunu qazanmış yeganə azərbaycanlı həkim Dr. İlqar İsmayılovdur. Müsahib həkim fəaliyyəti və onkoloji cərrahiyyə ilə bağlı sualları cavablandırıb.
“Qafqazinfo” müsahibəni təqdim edir:
Arayış
Ümumi cərrah Uzm. Dr. İlqar İsmayılov 2001-ci ildə Azərbaycan Tibb Universitetini (ATU) bitirib. 2007-2013-cü illərdə Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasında (GATA) ümumi cərrahiyyə üzrə uzmanlıq təhsili alıb.
O, Avropa Kolorektal Cərrahlar Dərnəyinin, Türk Kolon və Rektum Cərrahiyyəsi Dərnəyinin, Türk Cərrahiyyə Dərnəyinin və Amerika Onkoloji Cərrahlar Dərnəyinin üzvüdür.
Hazırda Respublika Diaqnostika Mərkəzində çalışır.
- Neçə ildir cərrah kimi fəaliyyət göstərirsiniz?
- 2001-ci ildə internaturanı bitirərək ümumi cərrahiyyə ixtisasına yiyələnmişəm. Artıq 24 ildirki, cərrah kimi fəaliyyət göstərirəm.
- İndiyədək təxminən neçə əməliyyat icra etmisiniz?
- Dəqiq toplam bir rəqəm deyə bilməyəcəyəm. Amma illik 150-200 onkoloji əməliyyat icra edirik.
- Ən çox etdiyiniz əməliyyatlar nələrdir?
- Düz və yoğun bağırsaqların onkoloji xəstəliklərinə aid əməliyyatları daha çox icra edirik.
- Maraqlıdır, məsələn, Almaniyada icra edilən bağırsağın onkoloji əməliyyatı ilə Bakıda sizin icra etdiyiniz əməliyyat arasında ciddi bir fərq varmı?
- Çalışdığım mərkəzdə icra etdiyimiz əməliyyatlar dünyada qəbul olunmuş standartlar əsasında həyata keçirilir. Yəni, Avropa və Amerikada, eləcə də dünyanın digər inkişaf etmiş tibb mərkəzlərində xəstələrə hansı cərrahi müalicə təklif və icra olunursa, bizim xəstələrə də eynisi tətbiq edilir: eyni standart və avadanlıqlar. Məhz buna görə də əməliyyat nəticələrimiz dünyanın inkişaf etmiş tibb mərkəzlərinin nəticələri ilə eynidir.
-Tibb hər gün inkişaf edir. Azərbaycanda yaşayıb, bu inkişafı necə təqib edə bilirsiniz?
- Doğrudur, tibb çox sürətlə inkişaf edir, dəyişir. Bu gün elə bir dövrdə yaşayırıq ki, elmin sərhədləri yoxdur. Harada yaşamağımızdan asılı olmayaraq, istənilən tibbi məlumatı əldə etmək mümkündür. Biz azərbaycalı həkimlər olaraq nəinki bu yenilikləri öyrənir, hətta tibbi çalışmalarda iştirak edirik. Yəni, bu inkişafın tək izləyicisi deyil, həm də iştirakçısıyıq.
- Yaxın günlərdə Avropa Kolorektal Cərrahlar Birliyinin (The European Board of Surgery) imtahanını verərək yeni titul (“FEBS Coloproctology”) aldınız. Bu titulu qazanmış yeganə azərbaycanlı həkimsiniz. Buna görə sizi təbrik edirik.
- Sağ olun! Bu ada sahib ilk və hələ ki tək azərbaycanlı kolorektal cərrah olsam da, inanıram zamanla başqa azərbaycanlı həkimlər də bu titulu qazanacaq. Bu istiqamətdə artıq çalışmağa başlamışıq. Gənc kolorektal cərrahlarımızı “Board” imtahanına qatılmağa həvəsləndirir və dəstək oluruq. Türkiyədəki həmkarlarımızla birgə onlayn dərslər keçirik. Həmin treninqlərin təlimçilərindən biri də mənəm. Ümid edirik ki, Azərbaycanda da bu cərrahların sayı artacaq.
- Necə oldu Avropanın “Board” imtahanına qatılmağa qərar verdiniz?
- Avropalı, amerikalı cərrahlarla sıx təmasımız var. Beynəlxalq konfranslarda tez-tez görüşürük. Onlar həkimlərin sahib olduğu titullara diqqət edirlər. Qatıldığımız tibbi çalışmalarda da buna çox önəm verilir. Bu baxımdan belə bir titulu almağa qərar verdim.
- İmtahan necə keçdi?
- Bu imtahan ildə iki dəfə keçirilir. Adətən, Avropa Kolorektal Cərrahlar Dərnəyinin beynəlxalq konfransından sonra təşkil edilir. Sonuncu dəfə Yunanıstanda baş tutdu. Dərnəyin Təhsil Komitəsi və “Board” üzvləri var. İmtahan üç mərhələli olmaqla əyani keçirilir. Mən də eyni qaydada uğurla imtahanı keçib “FEBS Coloproctology” titulunu qazandım.
- “FEBS Coloproctology” nəyi ifadə edir?
- Açıqlaması kolorektal cərrahiyyə üzrə Avropanın yetərlilik sertifikatıdır. Oxucular üçün sadə şəkildə belə izah edə bilərəm ki, yəni sən həm nəzəri, həm də təcrübə baxımından Avropa standartlarına uyğun cərrah hesab edilirsən.
- Siz ölkəmizdə transanal əməliyyatını icra edən yeganə cərrahsınız. Bu əməliyyat haqqında da məlumat verə bilərsinizmi?
- Bu əməliyyat TAMİS adı ilə tanınır. Düz bağırsağın yeni yaranmış şişlərində tətbiq edilir. Üstünlüyü odur ki, şiş çıxarılır və düz bağırsaq saxlanılır. Yeni bir üsuldur. 2018-ci ildən ölkəmizdə icra edirik. Fəaliyyət göstərdiyim xəstəxanada Transanal Cərrahiyyə Mərkəzi yaratmışıq. Onu da qeyd edim ki, qonşu ölkələrin heç birində bu əməliyyat həyata keçirilmir.
- Son olaraq, bu sualı da vermək istəyirəm. Bizə cərrah lazım olduğu zaman yaxşı həkimi necə seçə bilərik? Oxucularımıza nə tövsiyə edərdiniz?
- Bəlkə də cavabım birmənalı qarşılanmayacaq. Bu, mənim öz düşüncəmdir. Sosial media və reklamlar həkim seçimi üçün əsas mənbə olmamalıdır. Bunu obyektiv dəyərləndirmə hesab etmirəm. Fikrimcə, həkim seçmək üçün araşdırmaq lazımdır. Xüsusən də, çalışdığı xəstəxanada həmkarlarından, xəstələrindən soruşmaq olar. Həmçinin, həkimin təhsili, təcrübəsi və fəaliyyət göstərdiyi tibb müəssisəsinin imkanları da nəzərə alınmalıdır.
-


























































