Menu
Xəbər Lenti
Sabah hava necə olacaq?
Bugün, 12:23

Sabah hava necə olacaq?

Sabah hava yağmurlu olacaq
5-09-2025, 12:09

Sabah hava yağmurlu olacaq

Güclü külək əsir
4-09-2025, 10:22

Güclü külək əsir

Neftimiz ucuzlaşdı
4-09-2025, 10:10

Neftimiz ucuzlaşdı

09 May 08:57Manşet / Gündəm

Melaniya Ağ Evə gəlmir, onun da işlərini Tramp görür

melaniya-ag-eve-gelmir-onun-da-islerini-tramp-gorur

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Ağ Evdə nadir hallarda görünür və bu səbəbdən onun işlərini də həyat yoldaşı görür.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Bildirilib ki, yanvarın 20-də Trampın andiçmə mərasimindən sonra Melaniya Ağ Evdə ümumilikdə 14 gündən az vaxt keçirib. Prezident onun bir sıra vəzifələrini öz üzərinə götürüb.

Tramp həyat yoldaşının yerinə Ağ Evin iqamətgahı üçün bəzək əşyaları seçir, dizaynla məşğul olur, Şərq Qanadında tur qruplarını salamlayır.

Birinci xanımın Ağ Evin Şərq Qanadında xüsusi işçi heyəti olsa da, özü ofisə nadir hallarda baş çəkir.

Qəzet yazır ki, Melaniyanın bu hərəkəti Trampa qarşı sui-qəsd cəhdlərinin onu çox qorxutması ilə əlaqəlidir.