Xəbər Lenti
Bugün, 09:38
Bu gün hamımızın sevimlisi, AYB və AJB-nin üzvü, "Ulusestv.az" xəbər portalının rəhbəri Şamil Cəfərovun doğum günüdür
8-09-2025, 16:51
QHT sədri Yasəmən Qəyyumlunun təşəbbüsü ilə “Məktəbli məktəbə getsin” layihəsinin icrası davam edir.
Eyni torpaq sahəsinin iki sahibi var - Onlara çıxarışları kim verib? (VİDEO)
Abşeron rayonu ərazisində eyni torpaq sahəsi üçün iki nəfərə çıxarış verildiyi məlum olub.
Səbuhi Əsədov Abşeron rayonu, Məmmədli kəndi yeni massivdən 2017-ci ildə 2 sot torpaq alıb. Lakin ötən il həmin torpaq sahəsinə baxmağa gələndə görüb ki, başqa bir şəxs burada ev tikərək yaşayır. Ən maraqlısı isə odur ki, Səbuhi Əsədovun əlində çıxarış olduğu kimi, həmin ev sahibinin də əlində rəsmi çıxarış var.
Şikyətçi deyir ki, aidiyyəti qurumlara müraciət etsə də, nəticəsi yoxdur.
Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, onlar tikintiyə nəzarət edən qurum olmadığına görə yerli icra hakimiyyətinə müraciət edilməlidir. Məmmədli bələdiyyəsindən isə açıqlama verildi ki, şikayətçi onlara müraciət etsin, məsələ araşdırılıb həll olunacaq.