Xəbər Lenti
Bugün, 09:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 06:37
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Tramp onları əfv etdi
ABŞ Prezidenti Donald Tramp vergidən yayınmaqda təqsirli bilinərək həbs edilən “Chrisley Knows Best” realiti-şousunun ulduzları Todd və Culi Krislini əfv edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “People” məlumat yayıb.
Tramp cütlüyün uşaqları ilə telefon danışığında onların cəzasının çox sərt olduğunu düşündüyünü deyib.
O, onların tezliklə həbsdən çıxmasına çalışacağını da əlavə edib.
Qeyd edək ki, Krislilər 2022-ci ildə vergidən yayınmaqda və icma banklarını fırıldaq etmək üçün sui-qəsddə təqsirli biliniblər. Todd 12 il, Culi isə 7 il həbs cəzasına məhkum edilib, lakin sonradan hər ikisinin cəzası azaldılıb.























































