Xəbər Lenti
22-06-2026, 19:29
Göygöl yaylaqlarında böyük qayıdışın zəfər sədası: Ağbaba və Şörəyel ruhunun təntənəsi
22-06-2026, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
İsraildən Qəzza sakinlərinə - Xəbərdarlıq

İsrail ordusu Qəzza şəhərinin tam təxliyəsi barədə əmr verib.
“Qafqazinfo” “Associated Press” agentliyinə istinadən xəbər verir ki, çağırış Qəzza zolağında planlaşdırılan genişmiqyaslı hərbi əməliyyat çərçivəsində edilib.
Agentliyin məlumatına görə, bu, hərbi əməliyyatların cari mərhələsində şəhərin tamamilə təxliyə edilməsi barədə ilk xəbərdarlıqdır.
Həmçinin qeyd olunub ki, şəhərdə bir milyona yaxın fələstinli yaşayır və onların çox az hissəsi təxliyə edilib.
Xatırladaq ki, dünən İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada genişmiqyaslı əməliyyat keçiriləcəyini elan edib və yerli sakinləri şəhəri tərk etməyə çağırıb.























































