Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Vindzor qəsrinin yaxınlığına onların fotosunu sərdilər

Böyük Britaniyada, Vindzor qəsri yaxınlığında bir qrup fəal azyaşlıların alverində və cinsi istismarda ittiham olunan maliyyəçi Cefri Epşteyn və ABŞ Prezidenti Donald Trampın fotosunu səriblər.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Mirror” nəşri yazır.
“Böyük Britaniyada yerləşən “Hamı Elona nifrət edir” hərəkatı şəklin 400 kvadratmetrlik surətini çıxarıb və Trampın Böyük Britaniyaya səfərini ləğv etmək məqsədilə kral iqamətgahının yaxınlığında yerləşdirib”, - yazıda deyilir.
Etirazçıların fikrincə, Trampın kral qalasına səfəri Amerika liderinin Epşteyn işi ilə əlaqələri ətrafında vəziyyəti yumşaltmaq məqsədi ilə təşkil edilir.
Qeyd olunur ki, Cefri Epşteyn 2002-2005-ci illər arasında Manhettendəki iqamətgahına və onlarla yeniyetmə qızın şəxsi adaya səfərlərini təşkil etməkdə ittiham olunurdu. Müstəntiqlər dəvət edilən qızların ən kiçiyinin 14 yaşında olduğunu müəyyən ediblər. 2019-cu ilin avqustunda C. Epşteyn həbsxana kamerasında yarı huşsuz vəziyyətdə tapılıb və onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu gün ABŞ liderinin Böyük Britaniyaya səfəri planlaşdırılır.
























































