Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
FHN cəzaçəkmə müəssisəsində təlim keçirdi
Fövqəladə Hallar Nazirliyi Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində birgə təlim keçirib.
“Qafqazinfo” xəbər verir ki, təlimə FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müvafiq canlı qüvvə və texnikası cəlb edilib.
Təlimin keçirilməsində məqsəd Penitensiar xidmətin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, bu kimi müəssisələrdə yanğın zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.
Tədbirin nəzəri hissəsində FHN-in əməkdaşları fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin təlim iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, onların sualları cavablandırılıb.
Təlimin praktiki hissəsində müəssisə ərazisində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra müəssisə əməkdaşları tərəfindən “yanğına ilkin müdaxilə edilib”, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri isə operativ qaydada hadisə yerinə çataraq, müəssisədə saxlanılan şəxslərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetiriblər.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul əməkdaşlarına maarifləndirici materiallar təqdim olunub.






























































.png)
