Menu
Xəbər Lenti
Vinisiusun evi yandı
Bugün, 05:45

Vinisiusun evi yandı

18 aylıq cəzalandırıldı
8-10-2025, 06:02

18 aylıq cəzalandırıldı

Meloni məhkəməyə verildi
8-10-2025, 05:59

Meloni məhkəməyə verildi

10 Ekm 06:17Manşet / Cəmiyyət

Qadınlar niyə daha çox depressiyaya düşürlər?

qadinlar-niye-daha-cox-depressiyaya-dusurler

Qadınların kişilərə nisbətən niyə daha çox depressiyaya düşdüyü uzun müddət elm üçün sirr olaraq qalsa da, Avstraliyada aparılan yeni araşdırma bu suala aydınlıq gətirib.

“Qafqazinfo”nun məlumatına görə, Berqhofer Tibbi Tədqiqat İnstitutunun alimləri tərəfindən aparılan və “Nature Communications” jurnalında dərc olunan elmi məqalədə bu fərqin genetik səbəblərlə bağlı olduğu bildirilir.

Tədqiqat çərçivəsində depressiyadan əziyyət çəkən 200 min nəfərin DNT-si analiz edilib. Nəticədə məlum olub ki, qadınlarda depressiya ilə əlaqəli təxminən 13 min, kişilərdə isə 7 min genetik göstərici mövcuddur. Bu isə qadınların depressiyaya qarşı daha yüksək genetik meyilliyə sahib olduğunu göstərir.

Alimlər həmçinin qeyd edirlər ki, indiyədək depressiya ilə bağlı elmi araşdırmaların çoxu əsasən kişi pasiyentlər üzərində aparıldığından, mövcud müalicə metodları da daha çox kişilərə uyğun hazırlanıb. Yeni araşdırma isə qadınlarda depressiyanın səbəblərini və əlamətlərini daha dəqiq müəyyənləşdirməyə kömək edir və gələcəkdə fərdi müalicə üsullarının inkişafına təkan verə bilər.

Mütəxəssislərin fikrincə, qadınlarda depressiya tez-tez maddələr mübadiləsinin pozulması, çəkidə artım və enerji çatışmazlığı kimi fiziki simptomlarla müşahidə olunur. Genetik fərqlər bu əlamətlərin yaranmasına da təsir edə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada hazırda 300 milyondan çox insan depressiyadan əziyyət çəkir və bu xəstəlik ən çox yayılmış psixi pozuntulardan biridir. Yeni araşdırma isə xüsusilə qadınlar üçün daha effektiv və fərdiləşdirilmiş müalicə imkanlarının yaradılmasına yol aça bilər.