Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Arda Turanın komandası ölkə dəyişir - Tarixi qərar

Ukraynanın tanınmış futbol klublarından biri olan “Şaxtyor Donetsk” gələn mövsümdən etibarən Rusiya İkinci Liqasında çıxış edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun yaydığı rəsmi açıqlamada bildirilir.
Məlumata görə, komanda artıq Rusiya Futbol Federasiyasına müraciət edərək, lazımi lisenziyalaşdırma prosesini tamamlayıb və II Liqada çıxış etmək üçün təsdiq alıb.
Hazırda “Şaxtyor Donetsk”in baş məşqçisi Türkiyə futbolunun tanınmış siması Arda Turandır.
Bildirilir ki, “Şaxtyor Donetsk” Rusiya İkinci Liqasının B qrupunda mübarizə aparacaq və ev oyunlarını Krım ərazisində keçirəcək. Klubun Rusiya Kubokunda iştirak etməyəcəyi də açıqlanıb.
Bu qərar futbol ictimaiyyətində böyük rezonans doğurub və geniş müzakirələrə səbəb olub.
Klub rəhbərliyi bu addımı atarkən FİFA və UEFA-nın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları nəzərə aldıqlarını bildirib. Qeyd olunub ki, “Şaxtyor” Avropa turnirlərindən uzaqlaşdırılmamaq üçün yalnız liqada iştirak etməyə qərar verib və beynəlxalq turnirlərə qatılmayacaq.






















































