Menu
Xəbər Lenti
Tramp Çinə gedir
13-05-2026, 06:48

Tramp Çinə gedir

14 yolda tıxac var - Siyahı
12-05-2026, 06:32

14 yolda tıxac var - Siyahı

29 Kas 09:44Manşet / Dünya

“Airbus” dünya üzrə təyyarələrinin yarısını geri çağırdı

airbus-dunya-uzre-teyyarelerinin-yarisini-geri-cagirdi

“Airbus” şirkəti istismarda olan xeyli sayda A320 təyyarəsini geri çağırıb.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb təyyarələrin idarəetmə sistemlərində problemlərin aşkar edilməsidir. 

Geri çağırılan təyyarələrin proqram təminatının dəyişdirilməsi planlaşdırılır.

Bu qərarın təxminən 6000 ədəd A320 təyyarəsinə şamil olunacağı bildirilir, bu isə dünya üzrə mövcud parkın yarısından çoxu deməkdir. 

“Bu tədbir uçuşların ləğvinə və gecikməsinə səbəb ola bilər”, - şirkətin məlumatında deyilir.

Qeyd edək ki, son günlərdə A320 təyyarələri ilə bağlı meydana gələn problemlər səbəbindən dünyanın müxtəlif ölkələrində 100-dən çox reys təxirə salınıb.