Xəbər Lenti
Dün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
Putinlə danışmaq istəyir

Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə dialoqu bərpa etmək niyyətində olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Makron “France 2” telekanalına verdiyi müsahibəsində bildirib.
Fransa lideri qeyd edib ki, tərəflər arasında əlaqə hazırda bərpa olunur və hər şey qısa müddətdə təşkil edilməlidir:
“Görüş yaxın həftələrdə baş tutmalıdır. Bu dialoq mümkün qədər tez reallaşmalıdır”.
Xatırladaq ki, yanvarın 6-da Parisdə Makron, Böyük Britaniyanın Baş naziri Starmer, NATO-nun baş katibi Mark Rutte və digər müttəfiqlərin iştirakı ilə “könüllülər koalisiyası”nın zirvə görüşü keçirilib. Sammit çərçivəsində Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı çərçivə sənədi təqdim edilib.























































