Menu
Xəbər Lenti
XALQIN ADAMI
Bugün, 10:56

XALQIN ADAMI

Bir dəqiqəlik sükut...
20-01-2026, 09:21

Bir dəqiqəlik sükut...

23 Ock 07:44Manşet / Dünya

Ağ Evin Venesuelaya birbaşa güc tətbiqini qadağan edən qətnamə qəbul olunmadı

Ağ Evin Venesuelaya birbaşa güc tətbiqini qadağan edən qətnamə qəbul olunmadı

ABŞ Konqresinin Nümayəndələr Palatası (aşağı palata) Prezident Donald Trampın Administrasiyasının Venesuelaya qarşı ən yüksək qanunverici orqanın təsdiqi olmadan hərbi güc tətbiqinin qadağasını nəzərdə tutan birgə qətnaməni rədd edib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Səsvermədə Konqresin 215 üzvü iştirak edib. Sənəd səs çoxluğu qazana bilməyib və rədd olunub.

Ötən həftə Senatda da oxşar qətnamə qəbul edilməyib. Sənədi 50 senator dəstəkləyib, eyni sayda parlament üzvü isə onun əleyhinə səs verib. Vitse-prezident Cey Di Vens də səsvermə hüququndan yararlanıb. Konstitusiyaya görə, o, Senata sədrlik edir.

Birgə qətnamənin qanuna çevrilməsi üçün hər iki Konqres palatasının və prezidentin təsdiqi tələb olunur.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Silia Flores həbs edilərək Nyu-Yorka aparılıblar.

ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin "narkoterrorizm" və ABŞ-ni təhdid etmək ittihamı ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.