Xəbər Lenti
23-11-2026, 07:48
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
21-11-2026, 17:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
21-11-2026, 12:55
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
21-11-2026, 08:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 11:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
Robert Levandovski Messinin rekorduna şərik olub

"Barselona"nın 37 yaşlı hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasında "Barselona"nın keçmiş ulduzu Lionel Messinin tarixi nailiyyətinə çatıb.
Oxu.Az- ın xəbərinə görə, bu barədə "365Scores" statistik portalı məlumat yayıb.
Məlumata görə, Levandovski Avropanın bir nömrəli turnirində 40 fərqli kluba qol vurub. Levandovskinin qol vurduğu 40-cı klub Kopenhagen olub. Polşalı hücumçu bu qol sayəsində Messinin rekorduna çatıb.
Qeyd edək ki, reytinqdə sonrakı yerdə 38 fərqli kluba qol vuran ulduz portuqaliyalı hücumçu Kriştianu Ronaldu gəlir.























































