HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
“Mənə 4 milyon “atdılar”, pulum tükənmir”

Məşhur türkiyəli müğənni İbrahim Tatlıses “Kanal D”də yayımlanan “Bazar Gəzintisi” proqramında şəxsi həyatı və yaşadığı çətinliklər barədə danışıb.
“Qafqazinfo” xəbər verir ki, Tatlıses İstanbuldan İzmirə köçməsinin səbəbini, İzmir həyatını və ailə içi narazılıqları izləyicilərlə bölüşüb.
İstanbuldan ayrılma qərarını “Xəyanət yaşadım” sözləri ilə izah edən Tatlıses İzmirdə də tam rahat olmadığını bildirib. O, 4 milyon dollar dələduzluğa məruz qaldığını və yaşadığı çətinlikdən sonra daha ehtiyatlı davrandığını söyləyib:
“Mən mərhəmətliyəm, amma vicdanım müəyyən şeylər etməyə icazə vermir. Pulum heç vaxt tükənmir, sadəcə azalır”.
Tatlıses həmçinin ailəsi ilə bağlı narazılıqlarını da dilə gətirib. O, oğlu Əhməd Tatlının Manisadakı 5 mənzilini satdığını, amma qardaşlarına pay vermədiyini iddia edib:
“Qohumların bir-birinə etdiyini əqrəb belə etməz”.
O, qızı Dilan Çıtak barədə də fikirlərini bölüşüb:
“Problemi olanda “Mən İbrahim Tatlısesin qızıyam” deyir, amma çətinlik çəkməyəndə “Mən onu tanımıram” deyir”.
Tatlısesin İzmirin Narlıdere rayonundakı lüks bir kompleksdə yerləşən mənzilində əvvəlki dövrdə böyük yanğın baş verib. 168 mənzilli kompleksdə 40 mənzil ciddi ziyan görüb. Tatlıses o zaman İstanbulda olub.
Müğənni evinin tamamilə təmir olunduğunu qeyd edib və yanğın zamanı ən çox 15 banka turşusunun yanmasına təəssüfləndiyini bildirib.























































